Rusiya müxalifətinin lideri Aleksey Navalnıya dəstək mitinqi keçirilir.
“QİA.az” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilib ki, Rusiyanın Uzaq Şərq bölgəsindəki şəhərlərdə – Maqdan, Xabarovsk, Vladivostok, Petropavlovsk-Kamçatka və başqa şəhərlərdə “Navalnıya azadlıq!”, “Navalnıya həkim!” şüarları altında mitinqlər keçirilir.
Məlumata görə, aksiya başlamazdan əvvəl polis müxalifət liderinin tərəfdarlarını tutub.