Rusiya Putinlə Baydenin danışıqlarına hazırlıq görür

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi ölkə prezidenti Vladimir Putinlə ABŞ rəhbəri Cozef Baydenin danışıqlarına hazırlıq görməyə başlayıb. QİA.AZ-ın TASS-a istinadən məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Artıq (hazırlığa-red) başlanılıb”, – deyə nazirlikdən agentliyə bildirilib.
Qeyd edək ki, artıq bir neçə gündür, ABŞ-Rusiya münasibətlərində gərginlik daha da artıb. Birləşmiş Ştatların prezidenti Rusiyanı ABŞ-da keçirilmiş prezident seçkilərinə müdaxilədə, habelə digər məsələlərdə ittiham edib. Bununla yanaşı, Ağ Evin mətbuat katibi bu gün Rusiyaya qarşı mıəhdudlaşdırıcı tədbirlərin görüləcəyi anonsunu verib. Rusiya isə ABŞ-dakı səfirini məsləhətləşmək üçün Moksvaya çağırıb.

Daha əvvəl Putin Baydenlə birbaşa danışıqlara hazır olduğunu bildirib.

Oxşar Xəbərlər