Rusiya Qarabağ müharibəsinin başa çatmasını ilin mühüm hadisəsi sayır

Dek29,2020

Rusiya Xarici İşlər Nazirliyi başa çatmaqda olan ilin ən mühüm hadisələri arasında regional münaqişələrin həllinə dair göstərdikləri səyləri açıqlayıb.

“QİA.AZ” xəbər verir ki, nazirliyin açıqlamasında deyilir:

“Ölkəmizin vasitəçiliyi sayəsində Dağlıq Qarabağda hərbi qarşıdurmaya son qoyularaq sülh bərqərar olundu. Əhaliyə fövqəladə humanitar yardımlar göstərildi, qaçqınlar və məcburi köçkünlərin qayıtmaları üçün şərait yaradıldı, atəşkəs rejiminə əməl olunmasını müşahidə üçün Rusiya – Türkiyə birgə mərkəzinin yaradılması razılaşdırıldı”.

Oxşar Xəbərlər