Rusiya Rəşid İsmayılovu Beynəlxalq Elektrik Rabitəsi İttifaqının baş katibi vəzifəsinə namizəd irəli sürüb

Apr7,2021

Rusiyanın rabitə nazirinin sabiq müavini Rəşid İsmayılov Rusiya tərəfindən Beynəlxalq Elektrik Rabitəsi İttifaqının baş katibi vəzifəsinə namizəd irəli sürülüb.

QİA.AZ-ın məlumatına görə, bunu ölkənin rəqəmsal inkişaf və rabitə naziri Maksut Şadayev deyib.

Hazırda İttifaqın baş katibi çinli Çjao Houpindir.

Qeyd edək ki, Rəşid İsmayılov 1965-ci ilin noyabrında Bakıda doğulub. O, 2014-2018-ci illərdə rabitə nazirinin müavini işləyib. Hazırda o, “Vımpelkom” şirkətinin prezidentidir.

Oxşar Xəbərlər