Rusiya ümid edir ki, Qarabağda minaların təmizlənməsi prosesi sürətlənəcək – Mariya Zaxarova

Rusiya ümid edir ki, Qarabağda minaların təmizlənməsi prosesi sürətlənəcək.

QİA.AZ-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, Rusiya Qarabağla bağlı üçtərəfli işçi qrupun yaxın zamanlarda işini bərpa edəcəyinə ümid edir: “Ərazilərin minalardan təmizlənməsi hər bir silahlı münaqişənin ən təhlükəli və çətin aradan qaldırıla bilən problemidir. Rusiya Qarabağın münaqişədən sonrakı minadan təmizlənmə prosesinə böyük töhfə verir. Ötən il noyabrın 23-dən Rusiya sülhməramlı kontingentinin səyləri ilə 26 min partlayıcı maddə aşkar edilib və 2 min hektardan çox ərazi təmizlənib, 2 min tikili və 650 kilometr yoxlanılıb. Biz tərəfləri minalanmış ərazilər haqqında məlumatların mübadiləsi daxil olmaqla minaların təmizlənməsi məsələsində əməkdaşlığa çağırırıq və bu prosesin tezləşdirilməsinə ümid edirik”.

Oxşar Xəbərlər