Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və Avropa Xarici Siyasət Xidməti baş katibinin siyasi məsələlər üzrə müavini Enrike Moro Qarabağdakı vəziyyəti müzakirə edib.
QİA.AZ bu barədə Rusiya XİN-ə istinadən məlumat verir.
Qeyd olunub ki, görüş zamanı MDB məkanında vəziyyət, o cümlədən Qarabağ tənzimlənməsi məsələsi və Cənubi Qafqazda təhlükəsizlik üzrə beynəlxalq Cenevrə müzakirələrinin gedişatı müzakirə olunub.