Ermənistanın xarici işlər naziri Ara Ayvazyan fevralın 17-də Moskvaya səfər edəcək.
QİA.AZ-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər.
Qeyd olunub ki, nazir qısamüddətli işgüzar səfəri çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.
Görüş zamanı müzakirə olunacaq əsas məsələlər 2020-ci il 10 noyabr və 2021-ci il yanvar bəyanatlarının icrası, humanitar yardım və digər məsələlər olacaq.
Bundan başqa, ATƏT Minsk qrupu həmsədrlərinin xətti ilə iş planı nəzərdən keçiriləcək.