Rusiya və Ermənistanın müdafiə nazirləri Qarabağdakı sülhməramlıların fəaliyyətini müzakirə edib

Mar 10, 2021

Martın 10-da Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan arasında telefon danışığı olub.

QİA.AZ “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyinin Mətbuat xidməti yayıb.

Telefon danışığında tərəflər hərbi və hərbi texniki əməkdaşlıq məsələlərini, o cümlədən Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlılarının faəliyyəti müzakirə ediblər.

Oxşar Xəbərlər