Rusiya və İran turistlərə viza verilməsini qarşılıqlı sadələşdirir

İranın turizm, mədəni irs və sənətlər naziri Əli Əsgər Munesan bu gün Rusiyaya rəsmi səfər edəcək.

“QİA.az” “TASS”a istinadən xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali özünün feysbuk səhifəsində paylaşım edib.

“Turizm, mədəni irs və sənətlər naziri Əli Əsgər Munesan qrup şəklində səyahət edən turistlər üçün vizaların ləğvi ilə bağlı razılaşmanı imzalamaq üçün bu gün Moskvaya gələcək ”, – diplomat qeyd edib.

Onun sözlərinə görə, razılaşmaya əsasən, hər iki ölkədən olan turistlər akkreditə olunmuş şirkətlər vasitəsilə İran və Rusiyaya gedə biləcəklər, bütün qrup üçün bir viza veriləcək.

Oxşar Xəbərlər