Rusiya və Türkiyə Xarici İşlər Nazirliklərinin (XİN) məsləhətləşmələrində Qarabağdakı vəziyyət müzakirə olunub
QİA.AZ bu barədə Rusiya XİN-ə istinadən xəbər verir.
Məlumata görə, müzakirələr zamanı atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə yüksək qiymət verilib.
Rusiya XİN-in açıqlamasında deyilir ki, Cənubi Qafqazdakı iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması üzərində işlərin davam etdirilməsi barədə razılığa gəlinib.