Rusiya vilayətində fövqəladə vəziyyət elan edildi

Rusiya Federasiyasının Buryatiya Respublikasında güclü yağış və daşqınlar səbəbindən regional fövqəladə vəziyyət rejimi tətbiq edilib.

QİA.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarının “Telegram” kanalında məlumat verilib.

Rayon rəhbəri Aleksey Tsydenov qeyd edib ki, administrasiya sakinlər üçün müvəqqəti yerləşdirmə mərkəzləri hazırlayıb və təxliyə işləri aparılır.

“Bu gündən respublika səviyyəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib. İşlər bütün gecə səhərə qədər davam edəcək. Biz lazım olan hər şeyi edəcəyik, zərər çəkən insanlara yardım göstərəcəyik”, – Tsydenov bildirib.

Onun sözlərinə görə, Muxorşibirski rayonunda bənd uçulub. Vəziyyəti qiymətləndirmək üçün yollarda patrul xidməti gücləndirilib, zəruri hallarda nəqliyyatın hərəkəti dayandırılacaq.

Oxşar Xəbərlər