“Dünya Avropa Şurasında baş verənlərə ədalətli qiymət verməlidir”.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin fəaliyyətinin dayandırılması qərarını jurnalistlərə şərh edərkən bildirib.
“AŞPA-nın gördüyü hər bir iş tamamilə siyasiləşib. Təəssüf ki, təkcə bu təşkilatda deyil, həm də ona qonşu təşkilatlarda, məsələn, ATƏT-də. Avropa Şurasında baş verənlərə adekvat qiymət verilməsinə hamımızın ehtiyacı var”, – deyə o bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb ki, AŞPA bəzi dövlətlərə qarşı dözümsüzlük, təkəbbür və neokolonial şovinizm nümayiş etdirir.Xatırladaq ki, yanvarın 24-də Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti iclasda bəyanatla çıxış edərək, növbəti bildirişə qədər AŞPA-da qarşılıqlı fəaliyyətini və mövcudluğunu qeyri-müəyyən müddətə dayandırmaq qərarını elan edib.