Rusiya XİN estoniyalı diplomatı ölkədən çıxarıb

Apr17,2024

Rusiya Xarici İşlər Nazirliyi (XİN) cavab tədbiri olaraq estoniyalı diplomatı ölkədən çıxarıb.

Bu barədə idarənin saytında yerləşdirilən məlumatda bildirilib.

Qeyd olunur ki, bununla bağlı Estoniyanın Rusiya Federasiyasındakı müvəqqəti işlər vəkili Yana Vanamelder nazirliyə çağırılıb. Martın 19-da Rusiyanın Tallindəki səfirliyindəki diplomatın “persona non grata” elan olunmasına görə ona kəskin etiraz edilib.

Rusiya XİN estoniyalı diplomatı qarşılıqlı prinsip əsasında ölkədən çıxardıqlarını vurğulayıb.

“Estoniyanın Moskvadakı səfirliyinin diplomatik əməkdaşı Rusiyadan çıxarılır. Estoniya tərəfinə məlumat verilib ki, onun düşmənçilik fəaliyyətinə hər zaman lazımi cavab veriləcək”, – deyə məlumatda bildirilib.

Mənbə: gazeta.ru

Oxşar Xəbərlər