Rusiya XİN İrəvana Ukrayna münaqişəsi ilə bağlı mövqeyini izah etmək üçün güclü olmağı arzulayıb

Rusiya Xarici İşlər Nazirliyi (XİN) rəsmi İrəvanın Ukrayna münaqişəsindəki mövqeyi ilə bağlı anti-Rusiya bəyanatlarını izah etməsi üçün Ermənistana güclü olmağı arzulayıb.

QİA.az məlumat verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Ümid edirəm ki, bu cür bəyanatlarla çıxış edənlərin Rusiya parlamentarilərinin müraciətinə cavab göndərmək üçün kifayət qədər gücü olacaq. Bizə belə bir cavab gələn kimi onu diqqətlə öyrənəcəyik. İlk növbədə, yəqin ki, Rusiya parlamentariləri bunu öyrənəcək və lazım gələrsə, açıq şəkildə münasibət bildirəcəklər. Buna görə də cavab hazırlamaq üçün onlara güc olmağı arzulayırıq”, – o bildirib.

Oxşar Xəbərlər