Rusiya XİN: Qarabağda etimadın möhkəmləndirilməsinə töhfə verməyə hazırıq

“Rusiya Qarabağda həyatın yoluna qoyulmasına, tərəflər arasında etimadın möhkəmləndirilməsinə töhfə verməyə hazırdır”.

QİA.AZ”ın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova həftəlik brifinq zamanı bildirib.

“Rəsmi Bakı üçün prioritet olan mina xəritələrinin təhvili məsələsini birdəfəlik həll etmək hələlik mümkün olmur. Biz bu məsələnin hər hansı ilkin şərt olmadan həllinə tərəfdarıq”, – M.Zaxarova deyib.

XİN rəsmisi Azərbaycan, Rusiya və Ermənistan liderlərinin birgə üçtərəfli bəyanatlarına ardıcıl riayət olunmasının vacibliyini vurğulayıb.

Oxşar Xəbərlər