Rusiya XİN rəhbəri ATƏT-in baş katibi ilə Qarabağdakı vəziyyəti müzakirə edəcək

İyn17,2021

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 21-də Moskvada ATƏT-in Baş katibi Helqa Şmidlə görüşəcək.

QİA.AZ”ın verdiyi məlumatına görə, bu barədə Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə çıxışı zamanı bildirib.

“Təhlükəsizliyin 3 istiqaməti – hərbi-siyasi, iqtisadi-ekoloji və insan hüquqları üzrə ATƏT-in fəaliyyətinin geniş spektrli məsələləri müzakirə ediləcək. Regional münaqişələrin həllində bu təşkilatın rolunun müzakirə edilməsi gözlənilir. Tərəflər Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı vəziyyət haqqında fikir mübadiləsi aparırlar. Rusiya ATƏT-in nüfuzunun və səmərəliliyinin artırılmasına tərəfdardır”, – M.Zaxarova qeyd edib.

Oxşar Xəbərlər