Rusiyanın İjevsk şəhərində 25 yaşlı kişi 11 yaşlı qızı 17-ci mərtəbənin pəncərəsindən ataraq intihar edib.
QİA.az xəbər verir ki, bu barədə REN TV-nin mənbəyi bildirib.
Şahidlər kişinin psixiatriya klinikasında qeydiyyatda olduğunu bildiriblər.
“Həm qız, həm də kişi ölümcül xəsarətlər alıblar”, – deyə qeyd edilib.
Hazırda hüquq-mühafizə orqanları vəziyyəti araşdırır.