Rusiyada atışma olub, xəsarət alanlar var

Rusiyanın Yekaterinburq şəhərində atışma olub.

“QİA.az” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin saytında bildirilir.

Məlumata görə, atışma zamanı qız və Rusiya Milli Qvardiyasının əməkdaşı yaralanıb. Nazirlik bildirib ki, naməlum kişi Borodin küçəsində evlərdən birində atəş açıb.

“Nəticədə qız (onun şəxsiyyəti müəyyənləşdirilib) və Rusiya Qvardiyasının əməkdaşı yaralanıblar, onlara tibbi yardım göstərilir”, – xəbərdə deyilir.

Oxşar Xəbərlər