Rusiyada avtomobillərin məcburi texniki baxışı ləğv olunub

İyl2,2021

Rusiyada nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasını rəsmiləşdirmək üçün nəqliyyat vasitəsini texniki baxışdan keçirmək tələb olunmayacaq.

QİA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu barədə müvafiq qanunu imzalayıb.

Belə ki, sığorta polisini almaq üçün sürücünün diaqnostik kart təqdim etməsinə və texniki baxışdan keçməsini təsdiqləməsinə ehtiyac qalmayacaq.

Qanun avqustun 22-da qüvvəyə minir.

Oxşar Xəbərlər