Rusiyada, Amur vilayətinin Blaqoveşensk şəhərində bəy öz toyunda həbs olunub. Xüsusi Təyinatlı Çevik Əməliyyat dəstəsi əməkdaşları VVAQ-da nikah mərasimi zamanı bəyi həbs ediblər.
Oxu.Az-ın məlumatına görə, “Amur Mash” “Telegram” kanalı hadisənin baş verdiyi anla bağlı video yayıb.
Kadrlarda bəyin həbsi zamanı gəlinin həyəcanla qışqırması görünür. Xüsusi təyinatlılar mərasimdə iştirak edən qonaqlardan binanı tərk etmələrini tələb ediblər.