İqarka-Ufa marşrutu üzrə uçan “Boeing 737” sərnişin təyyarəsi Surqut aeroportunda təcili eniş edib.
QİA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə hava limanında bildirilib.
“Gəldi (təyyarə-red), hər şey qaydasındadır”, – aeroportda bildiriblər.
Daha əvvəl xəbər verilib ki, təyyarə təcili eniş etməyə hazırlaşır. Məlumata görə, uçuşdan sonra “Boeing 737”-nin hava təzyiqi tənzimləyicisinin nasazlıq sensoru işə düşüb. Hadisə zamanı təyyarədə 121 nəfər olub, onlardan 116-sı sərnişindir.