Rusiyada Britaniya ştammına yoluxanların sayı artıb

Rusiyada koronavirusun Böyük Britaniya ştammına 81 nəfər, Cənubi Afrika ştammına isə 6 nəfər yoluxub.

“QİA.az” xəbər verir ki, bu barədə Rusiyanın baş dövlət sanitar həkimi Anna Popova “İzvestiya” qəzetinə verdiyi müsahibədə məlumat verib.

“Hazırkı anda Britaniya ştammına 81 və Cənubi Afrika ştammına 6 yoluxma müəyyən olunub. Bu, hələ də dünyanın digər ölkələri ilə əlaqə saxladığımızı göstərir, belə ki, bütün bu hallar xaricdən gəlir”,- deyə Popova qeyd edib.

O, Avropa, Asiya, Cənubi Amerika və Afrikada bu növə yoluxmaların artması ilə əlaqədar vətəndaşları xaricə səyahət etməməyə çağırıb.

QİA.az

Oxşar Xəbərlər