Rusiyada daha 847 nəfər koronavirusun qurbanı olub

Yan 1, 2022

Rusiyada koronavirusdan ölənlərin sayı 847 nəfər artaraq 309 707-yə çatıb.

bunu yeni infeksiya ilə mübarizə üzrə federal operativ qərargahında jurnalistlərə bildirilib.

Rusiyada koronavirusa yoluxanların sayı sutkada 19 751 nəfər artaraq 10 519 733 nəfərə çatıb. Sentyabrın 22-dən etibarən ilk dəfə olaraq sutkada aşkarlanan yoluxmaların sayı 20 mindən az olub.

Son sutka ərzində Rusiyada koronavirusdan 33 144 nəfər sağalıb. Beləliklə, pandemiya başlayandan ölkədə bu xəstəlikdən sağalanların sayı 9 497 063 nəfərə çatıb.

Oxşar Xəbərlər