Region

Rusiyada gəmi batıb, 17 nəfər itkin düşüb

Movavi

Barens dənizinin Rusiya sahillərində “Oneqo” balıqçı gəmisinin batması nəticəsində 17 nəfər itkin düşüb.

“QİA.AZ” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiyanın Fövqəladə Hallar Nazirliyi yayıb.

Hadisə dekabrın 28-də yerli vaxtla səhər saatlarında Arxangelsk vilayətinin Novoy Zemli bölgəsi yaxınlığında baş verib.

Gəminin göyərtəsində 19 nəfər olub, onların 2-si xilas edilib, 17-si itkin düşüb.

İlkin məlumata əsasən, qəzaya səbəb buzlaşma olub.

İtkin düşən balıqçıların axtarışı davam etdirilir.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button