Barens dənizinin Rusiya sahillərində “Oneqo” balıqçı gəmisinin batması nəticəsində 17 nəfər itkin düşüb.
“QİA.AZ” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiyanın Fövqəladə Hallar Nazirliyi yayıb.
Hadisə dekabrın 28-də yerli vaxtla səhər saatlarında Arxangelsk vilayətinin Novoy Zemli bölgəsi yaxınlığında baş verib.
Gəminin göyərtəsində 19 nəfər olub, onların 2-si xilas edilib, 17-si itkin düşüb.
İlkin məlumata əsasən, qəzaya səbəb buzlaşma olub.
İtkin düşən balıqçıların axtarışı davam etdirilir.