Rusiyada son bir gündə daha 20 985 nəfərə COVID-19 diaqnozu qoyulub.
“QİA.AZ” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 1 991 998 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 456 nəfər artaraq 34 387-yə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 1 501 083 nəfər sağalıb.