Bu il Fransada təşkil olunacaq Yay Olimpiya Oyunları 40 ildən sonra ilk dəfə olaraq Rusiyada yayımlanmayacaq.
QİA.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Rusiyanın iki əsas dövlət kanalı Olimpiadanın Rusiyanın himni və bayrağı olmadan yayımlamağın mümkün olmadığını bəyan edib.
Qeyd edək ki, sonuncu dəfə SSRİ 1984-cü ildə Los-Ancelesdə keçirilən oyunları boykot etdiyi zaman Rusiyada Olimpiya Oyunları göstərilməmişdi.