Rusiyada son bir gündə daha 18 241nəfərə COVID-19 diaqnozu qoyulub.
“QİA.AZ” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 756931nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 564nəfər artaraq 70 482-yə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 174 561nəfər sağalıb.