Rusiyada pandemiya qurbanlarının sayı 75 732-yə çatıb

Fev5,2021
Rusiyada pandemiya qurbanlarının sayı 75 732-yə çatıb

Rusiyada son bir gündə daha 16 668 nəfərə COVID-19 diaqnozu qoyulub.

“QİA.AZ” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 934 606 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 527 nəfər artaraq 75 732-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 413 495 nəfər sağalıb.

Oxşar Xəbərlər