Rusiyada qadın mədəsində güllə olan körpə dünyaya gətirib

Moskva vilayətində (RF) qadın mədəsində güllə olan körpə dünyaya gətirib.

QİA.az REN TV-yə istinadən xəbər verir ki, hadisə qadının hələ hamilə ikən mədəsindən yaralanması səbəbindən yaranıb.

Məlum olub ki, körpənin atası evin həyətində məşq edirmiş və pnevmatik tüfənglə hədəflərə atəş açırmış. Güllələrdən biri sıçrayaraq atıcının hamilə arvadının qarnına dəyib.

Uşaq xəsarət almayıb və doğuşdan sonra həkimlər qızın daxili orqanlarına zərər verməyən yad cismi çıxarıblar.

Oxşar Xəbərlər