Rusiyada qar uçqunu qurbanlarının sayı artıb

Yan9,2021

Rusiyada xilasedicilər Krasnoyarsk diyarının Norilsk şəhərində “Qora otdelnaya” dağ xizək kompleksi ərazisində baş vermiş qar uçqununun altından həlak olmuş körpənin meyitini tapıblar.QİA.AZ

TASS-a istinadən xəbər verir ki, bu barədə axtarışlarda iştirak edən Maksim İnixov bildirib.”Bəli, indicə daha bir meyit aşkarlandı – yaşyarımlıq körpə”, – o deyib.
Qeyd edək ki, xilasedicilər daha əvvəl qar uçqununun altından körpənin anasının meyitini aşkarlayıblar. Hazırda körpənin atasının axtarışları aparılır.

Oxşar Xəbərlər