Rusiyanın Kamçatka diyarında yerləşən qızıl yatağındakı şaxtanın uçması nəticəsində 5 nəfər dağıntılar altında qalıb.
“QİA.AZ” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Kamçatka diyarı hökumət başçısının müavini səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Zaboliçenko bildirib.
Onun sözlərinə görə, 3 nəfər mədəndən özü çıxıb və 2 fəhlənin isə taleyindən xəbər yoxdur.
“Təcili xidmət canlı qüvvəsi və vasitələri xəsarət alanlara yardım etməyə hazır vəziyyətdədir. Şaxtada dağlıq ərazilərdə xilasetmə hərb hissənin 6 mütəxəssisi dağıntılarda fəhlələrin axtarışı və xilas edilməsi məqsədi ilə əməliyyat aparır”, – A.Zaboliçenko bildirib.
Qəzanın səbəbi açıqlanmayıb.