Rusiyada Moskva-Volqoqrad reysi ilə sərnişin daşıyan avtobus Ryazan vilayətində aşıb.
“QİA.AZ” xəbər verir ki, bu barədə TASS Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, qəza nəticəsində 15 nəfər xəsarət alıb. Onlardan 4-ü ölüb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Qeyd edilir ki, xəsarət alanlardan 3-ü uşaqlardır. Xəsarət alanlardan bir neçəsinin vəziyyəti ağırdır. Onlar reanimasiyaya yerləşdiriliblər. Ağır vəziyyətdə olan yaralılar arasında 10 yaşlı uşaq da var.