Rusiyada son bir gündə daha 22 702 nəfərə COVID-19 diaqnozu qoyulub.
“QIA.AZ” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 1 903 253 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 391 nəfər artaraq 32 834-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 1 425 529 nəfər sağalıb.