Rusiyada son bir gündə daha 29 935 nəfərə COVID-19 diaqnozu qoyulub.
“QİA.AZ” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 963 688 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 635 nəfər artaraq 53 096-ya yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 370 857 nəfər sağalıb.