Rusiyada xəstəxanada oksigen çatışmazlığı səbəbindən 9 nəfər ölüb

Avq9,2021

Rusiya Federasiyasının cənubunda yerləşən Şimali Osetiyada xəstəxanada avadanlıqların sıradan çıxması nəticəsində yaranan oksigen çatışmazlığı səbəbindən 9 nəfər koronavirus diaqnozlu xəstə ölüb.

QİA.AZ-ın TASS-a istinadən verdiyi məlumata görə, hadisə Respublikanın Təcili tibbi yardımın klinik xəstəxanasında baş verib.

Bildirilir ki, tibb müəssisəsindəki oksigen sisteminin pozulması yeraltı borunun partlaması nəticəsində baş verib..

Oxşar Xəbərlər