Rusiyanın Perm diyarının Yuqo-Kamsk qəsəbəsində çoxmənzilli yaşayış binasında baş verən yanğın nəticəsində 3 uşaq olmaqla 4 nəfər ölüb.
“QİA.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiya İstintaq Komitəsinin mətbuat xidməti yayıb.
Hadisə iyunun 7-də gecə saatlarında baş verib. Yanğın söndürüləndən sonra hadisə yerindən 1953-cü il təvəllüdlü kişi, 2014-cü ildə anadan olan qız, 2009 və 2014-cü illərdə anadan olmuş oğlan meyitləri aşkarlanıb.
Məlumata görə, yanğınsöndürənlər hadisə yerinə çatanadək 5 sakin binanı tərk edib. Daha 3 nəfər isə yanğnsöndürənlər tərəfindən xilas olunub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.