Rusiyada yaşayış binası raketlə vuruldu: Ölənlərin sayı açıqlandı – YENİLƏNİB

Belqorodda çoxmərtəbəli binanın uçması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

Məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyi təsdiqləyib.

Həmçinin, 33 nəfərin xəsarət aldığı bildirilir.

Mənbə: “SHOT” “Telegram” kanalı

15:58

Belqorodda çoxmərtəbəli binanın uçması nəticəsində azı 17 nəfər xəsarət alıb.

Bu barədə Rusiya Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko danışıb.

O bildirib ki, yaralıların hamısı xəstəxanadadır.

Ölənlər barədə isə rəsmi məlumat verilməyib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Belqorodun yaşayış məntəqələri “Toçka-U” taktiki raket kompleksi, “Vilxa” və RM-70 “Vampir” reaktiv yaylım atəşi sistemləri ilə hücuma məruz qalıb.

Mənbə: kommersant.ru

14:10

Belqorodda hündürmərtəbəli yaşayış binasına raket zərbəsi endirilib.

Məlumata görə, hücum nəticəsində azı beş nəfər ölüb.

Bildirilib ki, 20-yə qədər insanın binanın uçmuş hissəsinin dağıntıları altında qaldığı ehtimal edilir.

Hadisə yerində xilasedicilər və hərbçilər işləyirlər. Qonşu blokların da uçmaq təhlükəsi olduğundan, sakinlər təxliyə edilirlər.

Oxşar Xəbərlər