Rusiyadan Ermənistana pul köçürmələri 40 faiz AZALIB

Apr30,2024

Rusiya Federasiyasından Ermənistana pul köçürmələrinin axını ilin birinci rübündə 40% azalıb.

QİA.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu statistikanı Ermənistan Mərkəzi Bankın sədri Martin Qalstyan açıqlayıb.

O bildirib ki, dövriyyə 1080 milyon dollardan (2023-cü ilin ilk 3 ayında) 657 milyon dollara qədər azalıb.

Eyni zamanda sədr əlavə edib ki, azalma ödəniş və hesablaşma sistemlərində məhdudiyyətlər və ya “Mir” kartlarına xidmətin dayandırılması ilə bağlı deyil.

Oxşar Xəbərlər