Rusiyadan Finlandiyaya gedən gəmidə 11 nəfərdə koronavirus aşkarlanıb

Rusiyanın Sankt-Peterburq şəhərindən Finlandiyanın paytaxtı Helsinki limanına gələn konteyner gəmisində 11 nəfərdə koronavirus aşkar edilib.

QİA.AZ-ın məlumatına görə, virusa yoluxan şəxslər gəmidə karantinə alınıb.

Heyət üzvlərindən bir nəfəri Helsinkidə xəstəxanaya yerləşdirilib. Digərlərinin vəziyyətinin yaxşı olduğu deyilir.

Ümumilikdə, “Valencia Express” gəmisində 24 heyət üzvü olub.

Oxşar Xəbərlər