Rusiyalı ekspert: “Azərbaycan BRICS-in prioritet tərəfdaşları siyahısında əsas fiqur olmalıdır”

“Azərbaycanın müəyyən layihələrdə və tematik sahələrdə iştirakı BRICS-ə yenilənmək imkanı verə bilər və birliyin inkişafına, Avrasiya məkanında rifahın, inkişafın və sabitliyin təmin edilməsinə töhfə verə bilər”.

QİA.az xəbər verir ki, bunu iz.ru-ya Rusiyanın Milli Tədqiqat Universitetinin Ali İqtisadiyyat Məktəbinin prorektoru, Rusiyanın BRICS-ə sədrliyinin hazırlanması və təmin edilməsi üzrə ekspert şurasının rəhbəri Viktoriya Panova deyib.

“Biz burada daha çox hansısa tərəfdaşlıq qarşılıqlı fəaliyyətindən danışırıq. Mənə elə gəlir ki, Azərbaycan BRICS-in prioritet tərəfdaşları siyahısında əsas fiqur olmalıdır”.

Onun sözlərinə görə, Azərbaycan məhz sabitliyin və ümumi inkişafın təmin edilməsi baxımından vacib bir dövlətdir. Bir sözlə, ikitərəfli və çoxtərəfli əməkdaşlıq imkanları doğrudan da böyükdür.

“Rusiya üçün Azərbaycan Avrasiya məkanında, postsovet məkanında mühüm bir ölkədir, Qafqazda əsas oyunçudur. Bu regionda sabitlik baxımından vacib bir dövlətdir. Ümumi inkişaf və çoxtərəfli əməkdaşlığın mümkünlüyü üçün çox şey edilir”, – Panova vurğulayıb.

Xatırladaq ki, Azərbaycan BRICS-ə qoşulmaq üçün rəsmi ərizə ilə müraciət edib.

Oxşar Xəbərlər