Rusiyalı məşhur bloqerlə bağlı protokol hazırlandı

Moskvanın Tver Rayon Məhkəməsində bloqer Anastasiya İvleyeva ilə bağlı protokol hazırlanıb.

Məlumata görə, bloqer Rusiya ordusunu diskreditasiya etməkdə (İnzibati Məcəllənin 20.3.3-cü maddəsinin 1-ci hissəsi) ittiham olunur.

Materiallar bu gün qeydə alınıb, baxılma tarixi hələ müəyyən edilməyib.

Mənbə: zona.media

Oxşar Xəbərlər