Rusiyalı məşqçi: “Azərbaycanda futbol kifayət qədər yaxşı səviyyədədir”

Yan 26, 2021
Rusiyalı məşqçi: "Azərbaycanda futbol kifayət qədər yaxşı səviyyədədir"

“Atamla birlikdə Azərbaycanda işləmək çox maraqlı idi. Orada futbol kifayət qədər yaxşı səviyyədədir. Çempionatın təşkilini və şəraiti çox bəyəndim. Premyer Liqada üçüncü yeri tutduq və ölkə kubokunun finalında penaltilərdə məğlub olduq”.

“QİA.AZ” xəbər verir ki, bu fikirləri “Qəbələ”nin keçmiş məşqçisi Andrey Syomin “Sport24.ru” saytına müsahibəsində deyib.

Həmin dönəmdə atası Yuri Syominin köməkçisi olan 52 yaşlı mütəxəssis “Qəbələ”dən ayrılmasının səbəbini də açıqlayıb: “Yuri Syomin belə istədi. Ona qalmağı təklif etdilər, yaxşı şərtlərlə razı salmağa çalışdılar. Ancaq “Mordoviya”da işləmək qərarına gəldi. Məni və Yuri Baturenkonu saxlamaq istəsəydilər, məmnuniyyətlə işimizi davam etdirərdik. Ancaq heç kim bizi Yuri Syominsiz istəmədi”.

Qeyd edək ki, Yuri Syomin 2013/2014 mövsümündə “Qəbələ”nin baş məşqçisi olub.

Oxşar Xəbərlər