Rusiya nümayəndə heyəti Azərbaycanla “Sputnik V” peyvəndinin istehsalını müzakirə edəcək.
QİA.AZ-ın məlumatına görə, bunu “R-Pharma” şirkətinin təsisçisi və direktorlar şurasının sədri Aleksey Repik deyib.
Onun sözlərinə görə, peyvənd yalnız Rusiyada deyil, bir sıra ölkələrdə inkişaf etdiriləcək: “”Sputnik V” peyvəndinin layihəsini müzakirə etmək üçün Azərbaycana gedəcəyik, müzakirələr aparacağıq. Yaxın Şərq, MDB ölkələri və digər dövlətlər də bu layihədə iştirak edə bilərlər”.