Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətləri təsdiqlənməyib

Yan25,2021

Avropa Şurası Parlament Assambleyası (AŞPA) qış sessiyasında iştirak etmək üçün Rusiya nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləməyib.

“QİA.AZ” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər üzrə komitəsinin başçısı, nümayəndə heyətinin üzvü Leonid Slutski bildirib ki, AŞPA rusiyalı nümayəndə heyətinin səlahiyyətini büövlükdə təsdiqləməzsə, onlar Strasburqu tərk edəcəklər.

Xatırladaq ki, yanvarın 25-də AŞPA-nın qış sessiyası başlayıb və yanvarın 28-dək davam edəcək.

Oxşar Xəbərlər