Rusiyanın “Red Wings” aviaşirkəti Azərbaycana birbaşa uçuşlar həyata keçirəcək.
“QİA.az” xarici KİV-ə istinadən xəbər verir ki, bunu “Red Wings”in baş direktoru Yevgeni Klyuçaryov deyib.
Onun sözlərinə görə, aviaşirkət Yekaterinburq “Koltsovo” Hava Limanından Azərbaycana avaireyskər təşkil edəcək: “Aviareyslərin təşkili koronavirus pandemiyası ilə bağlı vəziyyət stabilləşən kimi reallaşdırılacaq”.
E. Klyuçarev əlavə edib ki, Yekaterinburq “Koltsovo” Hava Limanından Azərbaycanla yanaşı Qazaxıstana və Özbəkistana da aviareyslər təşkil ediləcək.