Rusiyanı bu ilin may ayında Rotterdamda keçiriləcək “Eurovision” beynəlxalq mahnı müsabiqəsində müğənni Manija təmsil edəcək.
Bu barədə “QİA.az” “Pervıy kanal”a istinadən xəbər verir.
Manija müsabiqədə “Russian Woman” (“Rus qadını”-red.) adlı mahnını ifa edəcək.
Bundan əvvəl Rusiyanı “Eurovision-2020”də təmsil etməli olan “Little Big” qrupu builki milli seçim turuna qatılmaqdan imtina etmişdi.
Sayca 65-ci “Eurovision” müsabiqəsi ötən il 12-16 may tarixlərində Rotterdamın “Ahoy” zalında “Open Up!” (“Açıl!”-red.) sloqanı altında keçirilməli idi. Lakin 2020-ci il martın 18-də Avropa Yayımları Birliyi müsabiqəni koronavirus pandemiyası səbəbindən təxirə salmaq qərarına gəldi.
![](https://qafqazinfo.az/uploads/images/2020-05-08_07-45-35__e709867a-90ff-11ea-83bb-af1c9feb8a91.jpg)