Rusiyanın “Eurovision” təmsilçisi dəyişib

eurovision rusiya

Rusiyanı bu ilin may ayında Rotterdamda keçiriləcək “Eurovision” beynəlxalq mahnı müsabiqəsində müğənni Manija təmsil edəcək.

Bu barədə “QİA.az” “Pervıy kanal”a istinadən xəbər verir.

Manija müsabiqədə “Russian Woman” (“Rus qadını-red.) adlı mahnını ifa edəcək.

Bundan əvvəl Rusiyanı “Eurovision-2020”də təmsil etməli olan “Little Big” qrupu builki milli seçim turuna qatılmaqdan imtina etmişdi.

Sayca 65-ci “Eurovision” müsabiqəsi ötən il 12-16 may tarixlərində Rotterdamın “Ahoy” zalında “Open Up!” (“Açıl!”-red.) sloqanı altında keçirilməli idi. Lakin 2020-ci il martın 18-də Avropa Yayımları Birliyi müsabiqəni koronavirus pandemiyası səbəbindən təxirə salmaq qərarına gəldi.

Little big

Oxşar Xəbərlər