Rusiyanın Müdafiə naziri Zakir Həsənova zəng edib

Noy16,2021

Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu Azərbaycan-Ermənistan dövlət sərhədində yaranan vəziyyətlə bağlı Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənova zəng edib.

Müdafiə Nazirliyindən “QİA.AZ“a verilən məlumata görə, telefon danışığı əsnasında general-polkovnik Z.Həsənov iki ölkənin dövlət sərhədində Ermənistanın törətdiyi təxribatların qarşısının qətiyyətlə alındığını bildirib.

Ordu generalı S.Şoyqu hərbi əməliyyatların dayandırılması və vəziyyətin sabitləşdirilməsi üçün səylər göstərməyə hazırlığını ifadə edib.

Oxşar Xəbərlər