Rusiyanın səhiyyə naziri Mixail Muraşko bu gün Azərbaycana səfərə gəlib.
“QİA.AZ” xəbər verir ki, o, səfər çərçivəsində Fəxri Xiyabanda Azərbaycanın ümummilli lideri Heydər Əliyev və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib.
Nazir Bakıda Azərbaycanın rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.
Səfər zamanı, həmçinin Azərbaycanla Rusiya arasında səhiyyə sahəsində əməkdaşlığa dair sənədin imzalanması planlaşdırılır.